Main - TURAN.AZ
Politics
Economics
Energy
Finance
Analytics
- ISSUES -
Bulletin Political News
Bulletin Economical News
Bulletin Energy News
Bulletin Finance News
- REVIEWS -
Markets review
Political Monitoring
Economic Review
* * *
Main - CONTACT.AZ
Want to Say
Social
Culture
Worldwide
- INTERVIEW -
Interview
ÇƏTİN SUAL
- REPORTS -
Photo sessions
Actual report
Significant Azeris
- NEWS COLLECTION -
«Georgian case»
* * *
Enter Main - TURAN.AZ AZ ... RU
Bağla
Tapdıq Fərhadoğlu

Natioanl park "Göygöl"
Photo sessions 

Русский Azərbaycan

2017 August 02 ( Wednesday )  13:17:27

Göygöl Milli Parkı Azərbaycan prezidentinin sərəncamı ilə 2008-ci il azprelin 1-də yaradılıb. Milli Park Azərbaycanın qərbində Göygöl və Gəncə inzibati rayonlarının ərazisində yerləşir.

Ərazisi 12755 hektar sahəni əhatə edir. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşir.

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır.

Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.

Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin-Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göy-göldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı var.