Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Əlil arabalarının alınmasına vəsait üç dəfə artırılıb

Əlil arabalarının alınmasına vəsait üç dəfə artırılıb


2015 Yanvar 06 ( Bazar ertəsi )  17:28:48
Çap versiyası
English Русский 

Bu il hökumət 1323 ədəd əlil arabası satın alacaq. Ötən illə müqayisədə bu məqsədlə ayrına vəsait üç dəfə artırılıb.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ilin dekabrında “İnstal-Servis” şirkəti ilə 996 769,60 manat məbləğində müqavilə imzalayıb, deyə Satınalmalar üzrə Dövlət Agentliyi bildirir. Bir kreslonun orta qiyməti 753,4 manatdır. Moskvada bir mexaniki kreslo 70-150 manata təklif edilir. Böyük Britaniyada da qiymətlər eynidir (70-150 manat) http://www.amazon.com/b?node=3777071 .

Qeyd edək ki, 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabası satın alınması üçün (“Dizayn Construction” şirkəti) 294 730 manatlıq müqavilə bağlayıb. Hər iki şirkət tikinti və təmir üzrə ixtisaslaşıb.

2011-ci ildə əlil arabalarını “Rəvan” (298 953 manat), 2012-ci ildə “Baktel” MMC (243 670 manat) tədarük edib.

Nazirlik əlil arabasına ehtiyacı olanların sayını açıqlamır. --08B—