AZ

RU

EN





 
Cəmiyyət 2014
İqtisad Universitetinin rektoru işdən çıxarılıb

İqtisad Universitetinin rektoru işdən çıxarılıb

2014 Mart 05 ( Çərşənbə )  17:58:56
English  

Prezident İlham Əliyevin sərəncamı ilə Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunub.

Sərəncama əsasən Ədalət Muradov yeni rektor təyin edilib. Ə.Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyib.

Muradov Kiyev Dövlət Universitetinin məzunu, iqtisadiyyat elmləri doktorudur.

Hacıyevə gəlincə, o, rektorluq korpusunun nüfuzlu üzvlərindən idi, həmçinin Parlamentin Elm və təhsil komitəsinin rəhbəridir.

İqtisad Universiteti ölkənin ən çox korrupsiyaya uğramış ali məktəbi kimi tanınır. -16D-
 

ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com