AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2014
Azərbaycan Vahid Aviasiya Məkanına daxil olmağa hazır deyil

Azərbaycan Vahid Aviasiya Məkanına daxil olmağa hazır deyil

2014 Fevral 03 ( Bazar ertəsi )  16:38:49
English  

Azərbaycan hələ Aİ ilə Vahid Aviasiya Məkanı haqda sazişin razılşadırılmasını davam etdirib bu sənədi imzalamağa hazır deyil. 

Buna səbəb yerli aviadaşıyıcının avropalı aviaşirkətlərlə rəqabətinin mümkün mənfi nəticələridir. Bu barədə Azərbaycan Mülki Aviasiya İdarəsinin illik hesabatında bildirilir. 

Bu məsələ Bakıda danışıqların birinci mərhələsinin (2013-cü ilin 24-25 yanvar) və İCAO Assambleyasının Monrealda (Kanada) keçirilən 38-ci sessiyasında (24 sentyabr-4 oktyabr) AB-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatındakı nümayəndə heyəti ilə  müzakirə predmeti olub. 

Azərbaycan tərəfi öz mövqeyini yerli aviaşirkətlərin bu razılaşmanın tələblərinə əsasən işləməyə hazır olmaması ilə izah edir. «Azərbaycan hökuməti aviasiya infrastrukturunun inkişafına böyük investisiyalar yatırır və ona görə də bu mərhələdə razılaşmanın imzalanması yerli aviaşirkətləri əlverişsiz vəziyyətə sala bilər». Razılaşmaya qoşulmağa dövlət “Azerbaijan Airlines” QSC də etiraz edir. 

Qeyd edək ki, AB-nin vahid Avropa tərkibinə daxil olmayan ölkələrlə vahid hava məkanını yaratdığı Single European Sky layihəsi 2004-cü ildə işə salınıb. Onun təşəbbüskarlarının ideyasına görə, hava məkanında daha təhlükəsiz və effektiv istifadə və AB daxilində və xaricində hava hərəkatının idarə edilməsi hesabına o bütün istifadəçilərə fayda gətirəcək. Hava hərəkatının idarəedilməsi milli sərhədlər çərçivəsində milli idarələrə tabe olmayacaq; bunun əvəzində sərhədləri hava məkanının istifadəsinin yüksək effektivliyi tələblərinə cavab verən «hava məkanının funksional blokları» yaradılacaq.  

Mülki Aviasiya Administrasiyasında Turan-a deyiblər ki, hazırda 27 xarici aviaşirkət Azərbaycanın aviasiya məkanından istifadə edə bilər. ECAA Agreement-ə qoşulma bu icazə prosedurunun ləğvini nəzərdə tutur. 

AZAL Avropada 8 marşrut üzrə reys həyata keçirir. Gürcüstan və Ukrayna bu sazişi imzalayıb. --08B—

 

ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com