AZ

RU

EN





 
Cəmiyyət 2013
Gəncənin polis rəisi vəzifəsindən azad edilib

Gəncənin polis rəisi vəzifəsindən azad edilib

2013 Yanvar 22 ( Çərşənbə axşamı )  11:31:33
English  

Daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev vəzifəsindən azad edilib.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Turan-a bildirib ki, R.Musayev  vəzifəsindən azad edilməsi xahişi ilə raportla DİN-ə müraciət edib. Hazırda o, DİN-in Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb. Gəncənin polis rəisinin funksiyasını onun müavinlərindən biri icra edir.

R.Musayev 2007-ci ildən Gəncə polisinə rəhbərlik edib. Bundan əvvəl Bakının Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

R.Musayevin vəzifəsindən kənarlaşdırılmasını gözlənilməz hesab etmək olar. Belə ki, Gəncədə cinayətkarlığa qarşı mübarizədə ciddi uğursuzlar olmayıb. Lakin yerli mənbələr bildiriblər ki, Elmar Vəliyev Gəncəyə icra başçısı gəldikdən sonra vətəndaşların mülkiyyətinin əllərindən alınması və kommersiya obyektlərinin qanunsuz sökülməsi ilə bağlı narazılıqlar artıb. 

Bundan əlavə, son vaxtlar Gəncədə sələfi-vəhabilər də daxil olmaqla, dini qrupların rolu və təsiri artıb.-16B-

 

ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email:editor@contact.az