AZ

RU

EN





 
Siyasət 2013
Masallıya 6,7 milyon manat ayrılıb

Masallıya 6,7 milyon manat ayrılıb

2013 Sentyabr 12 ( Cümə axşamı )  11:30:27
English  

Prezident İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki sərəncam imzalayıb. Sərəncamlara əsasən Masallı Icra Hakimiyyətinə dövlət büdcəsindən 6 milyon 700 min manat ayrılıb. 

Vəsaitin iki milyonu Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Uşaq İncəsənət Məktəbi və Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binaların tikintisinə xərclənəcək. 

4 milyon 700 min manat isə 31 yaşayış məntəqəsini birləşdirən Həsənli-Xırmandalı, Kürdəbazlı-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-İkinci Səmədxanlı-Alışanlı-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil avtomobil yollarının tikintisinə sərf olunacaq.-03D-  

 

ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com