001 | 002 | 003 | 004 | 005 | 006 | 007 | 008 | 009 | 010 | 011 | 012 | 013 | 014 | 015 | 016 | 017 | 018 | 019 | 020 | 021 | 022 | 023 | 024 | 025
İqtisadiyyat2017
RU
2017 Noyabr 21 ( Çərşənbə axşamı )  14:29:43
 
Fındıq ixracı 15,9% artıb

Bakı/21.11.17/Turan: Bu il Azərbaycan xaricə 10,7 min ton fındıq ləpəsi ixrac edib, bu da 2016-cı ilin 9 ayı ilə müqayisədə 1500 ton və ya 15,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi idxal-ixrac əməliyyatları haqqında doqquz aylıq geniş hesabatında bildirir.


RU
2017 Noyabr 21 ( Çərşənbə axşamı )  13:23:56
 
Mobil telefonların idxalı iki dəfə artıb

Bakı/21.11.17/Turan: Bu ilin doqquz ayında Azərbaycana 532,1 min ədəd mobil telefon və smartfon idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal göstəricisini 2 dəfə üstələyir. Bu, əhalinin həyat səviyyəsinin yaxşılaşmasının göstəricisi deyil, idxal əməliyyatlarının leqallaşmasıdır.


RU
2017 Noyabr 21 ( Çərşənbə axşamı )  13:09:14
 
Parlament 2018-ci il üçün büdcə qanunları paketinin müzakirəsinə başlayıb

Bakı/21.11.17/Turan: Noyabrın 21-də Milli Məclisin plenar iclasında 2018-ci il üçün dövlət büdcəsinin qəbulu ilə əlaqədar sənədlər paketinin müzakirəsi başlayıb.


RU
2017 Noyabr 21 ( Çərşənbə axşamı )  12:47:57
 
Siqaret istehsalı və idxalı azalır, qeyri-leqal dövriyyə artır

Bakı/21.11.17/Turan: Bu ilin on ayında Azərbaycanda siqaret istehsalı 47,3% azalıb. İlk üç rübdə idxal da qiymət ifadəsində 4,4% azalıb. Qeyri-rəsmi məlumata görə, tütün məmulatının qeyri-leqal dövriyyəsi istehlakın 10-15%-i qədərdir.


RU
2017 Noyabr 21 ( Çərşənbə axşamı )  12:27:30
 
Pambıq ixracından gəlir dövlət xərclərindən iki dəfə azdır

Bakı/21.11.17/Turan: Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 136,4 hektarlıq bütün əkin sahələrindən 184,4 min ton pambıq yığılıb. O cümlədən, 18-19 noyabrda 1942 ton, yəni günə 971 ton. "Bu, o deməkdir ki, avqust-noyabr aylarında ölkədə orta hesabla hər hektardan 13,51 sentner pambıq yığılıb. Bu rəqəmlərə inansaq, dövlət başçısının vədlərinə uyğun olaraq hektardan 40 sentner məhsuldarlığa nail olmaq üçün pambıqçılar ildə 372 gün pambıq yığmalı olacaq. Qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti gəlir iki dəfə az olduğu halda hər il yüz milyonlarla dollar xərclədiyini iddia edir", - deyə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Turan-a bildirib.


EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  13:51:03
 
Kənd təsərrüfatı məhsullarının ixracında vergidən yayınma faktları var – Vergilər Nazirliyi

Bakı/20.11.17/Turan: Kənd təsərrüfatı məhsullarının ixracında xüsusilə iri həcmdə vergidən yayınma faktları var. Bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər, deyə Yevlaxda sahibkarlarla görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.


EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  13:22:36
 
«Zəngin Azərbaycan və yoxsul Gürcüstanda sosial müdafiə xərci eynidir» – Rövşən Ağayev

Bakı/20.11.17/Turan: İqtisadçı Rövşən Ağayev Azərbaycan və Gürcüstanın dövlət büdcəsində xərcləri müqayisə edərək, bu qərara gəlib ki, iki ölkədə dollar ekvivalentində bir nəfərə düşən büdcə xərcləri eynidir.


EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  13:06:28
 
Banan idxalı 45% artıb

Bakı/20/11/17/Turan: Bu ilin 9 ayında Azərbaycana 17 min 344,2 ton banan idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 45,1% çoxdur, deyə Dövlətstatkom Gömrük Komitəsinə istinadən bildirir.


RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  12:54:27
 
Məşğulluqla bağlı dövlət proqramı: faydalı iş əmsalı necədir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda insanların məşğulluğunun təmin edilməsi üzrə görülmüş işlər barədə hesabat hazırlayıb. İdarənin məlumatına görə, bu ilin 9 ayı ərzində yerli məşğulluq xidmətlərinə müraciət edən 95 min işsizdən 42 minə yaxını işlə təmin edilib. Onlara verilən işlərin yarısının müvəqqəti olduğunu nəzərə alsaq, rəqəm o qədər də böyük deyil.


EN RU
2017 Noyabr 20 ( Bazar ertəsi )  11:43:42
 
Azərbaycan Dəmir Yolları səhm emissiyasına başlayır

Bakı/20.11.17/Turan: "Azərbaycan Dəmir Yolları" QSC bu ilin sonuna kimi əlavə səhm yerləşdirəcək. Bu məqsədlə anderreytinq xidməti göstərən investisiya şirkətlərinə müraciət edib.


EN RU
2017 Noyabr 18 ( Şəmbə )  12:41:15
 
Tikintisi bitməyən mənzilin pulunun ödəniş qaydaları dəyişdirilir

Bakı/18.11.17/Turan: Prezident İlham Əliyev ölkə parlamentinə Mülki Məcəlləyə dəyişikliklər paketi göndərib. Təkliflərin ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılması məqsədilə irəli sürüldüyü bildirilir.


EN RU
2017 Noyabr 17 ( Cümə )  13:39:38
 
Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd edilir

Bakı/17.11.17/Turan: Noyabrın 17-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ABŞ hökumətinin və BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə dəstəyi ilə 2017-ci il Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Azərbaycanda qadın sahibkarlığın inkişafı" mövzusunda konfrans keçirilib.


EN RU
2017 Noyabr 17 ( Cümə )  12:54:41
 
Sənaye istehsalı 4,6% azalıb

Bakı/17.11.17/Turan: Bu ilin on ayında Azərbaycanda sənaye istehsalı neft və qaz hasilatının azalmasının nəticəsi kimi 4,6% azalıb, deyə Dövlətstatkom bildirir.


EN RU
2017 Noyabr 17 ( Cümə )  12:04:50
 
“Azəristiliktəchizat” əhali qarşısında öhdəliyinə əməl etmir

Bakı/17.11.17/Turan: Hər il noyabrın 15-də mərkəzləşdirilmiş su qızdırıcısı ilə təmin edilən çoxmərtəbəi evlərə istilik verilməsinə başlanılır. Ötən illər soyuqlar iki həftə tez başladı, amma istilik 15 noyabrda, nasazlıq olan yerlərdə isə daha gec verildi.


EN RU
2017 Noyabr 17 ( Cümə )  11:34:17
 
İqtisadiyyat Nazirliyi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kotirovka sorğusunun nəticəsini ləğv edib

Bakı/16.11.17/Turan: İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarələrindən birinin kotirovka sorğusunun nəticəsini ləğv edib


EN RU
2017 Noyabr 17 ( Cümə axşamı )  10:53:38
 
Ünvanlı dövlət sosial yardımı alanların sayı 27,5% azalıb

Bakı/17.11.17/Turan: Bu il oktyabrın 1-i üçün 98,3 min aztəminatlı ailənin 404,6 min nəfər üzvünə ünvanlı dövlət sosial yardımı verilib. Bu, əhalinin 4%-dir.


EN RU
2017 Noyabr 16 ( Cümə axşamı )  14:17:17
 
On ayda ÜDM 0,7% azalıb

Bakı/16.11.17/Turan: Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 56 mlrd 481,5 mln manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.


EN RU
2017 Noyabr 16 ( Cümə axşamı )  13:03:58
 
Bakıda 2018-ci il üçün Bakı-Tiflis-Qars dəmir yolu üzrə tariflər müzakirə edilir

Bakı/16.11.17/Turan: Noyabrın 15-də Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.Gündəliyə 2017-ci ildə assosiasiyanın işinə dair yekun hesabat, 2018-ci il üçün daşınma həcminə dair planın təsdiqlənməsi daxildir.


EN RU
2017 Noyabr 16 ( Cümə axşamı )  12:49:54
 
Bakıda yataq tipli vaqonların hazırlanmasının icra vəziyyəti müzakirə olunub

Bakı/16.11.17/Turan: İsveçrənin "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler Bakıdadır. Noyabrın 16-da "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov onu qəbul edib.


EN RU
2017 Noyabr 16 ( Cümə axşamı )  12:26:20
 
Vergi güzəştləri üzrə qanun layihəsi hazırlanıb

Bakı/16.11.17/Turan: Vergilər Nazirliyinin işçi qrupu iqtisadiyyatın artımına yönəldilmiş vergi güzəştləri üzrə təkliflərin hazırlanmasını başa çatdırıb.


EN RU
2017 Noyabr 16 ( Cümə axşamı )  11:43:44
 
Hazırki tariflərlə “Azərişıq” ASC-nin və “Azərsu” ASC-nin gəlirləri artacaq

Bakı/16.11.17/Turan: Azərbaycan hökuməti bildirib ki, tarif məsələsində güzəştə getməyəcək, xüsusən, maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət büdcəsinin və sərbəst büdcənin müzakirəsi çərçivəsində beş parlament komitəsinin iclasında bildirib. Amma bu, ölkənin elektrik təsərrüfatı strukturunda fəaliyyət göstərən şirkətlərin gəlirlərinin 50% artmasına mane olmayacaq.


EN RU
2017 Noyabr 16 ( Cümə axşamı )  11:16:38
 
MİDA MMC ticarət mərkəzinin tikintisi üçün investorlara müraciət edib

Bakı/16.11.17/Turan: Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC Yasamal yaşayış kompleksində ticarət mərkəzinin tikintisi üçün investorlara müraciət edib. Maraqlanan şirkətlərə cəmi 15 gün ayrılıb. Halbuki kompleksin tikintisinə 2016-cı ilin sonunda başlanılıb.


EN RU
2017 Noyabr 15 ( Çərşənbə )  14:48:24
 
Maliyyə Nazirliyi alunit filizi yatağının istismar imkanlarını öyrənir

Bakı/15.11.17/Turan: Maliyyə Nazirliyi Gəncə gil-torpaq zavodunda Zəylik alunit filizi yatağından gələn filizdən istifadə edilməsi üçün hökumətə tövsiyələr hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi üzrə tender elan edib.Tender şərtlərinə əsasən http://xalqqazeti.com/az/news/ads/93031, məsləhətçi eləcə də sulfat turşusunun Sumqayıt karbamid zavodunda istifadəsi imkanlarını öyrənəcək. Məsləhətçi ammonium sulfat gübrəsinin istehsalının təşkil edilməsi məqsədilə kalium sulfat gübrəsinin və polivinilxloridin istehsalının texniki iqtisadi əsaslandırılmasını da hazırlayacaq.


EN RU
2017 Noyabr 15 ( Çərşənbə )  11:47:05
 
Akkord mənfəətlə işləyir

Bakı/15.11.17/Turan: "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC 2016-cı ildə 18 mln 785 min manat mənfəət əldə edib. Halbuki əvvəlki il ziyanla (-77,2 mln manat) işləmişdi. Bu barədə şirkətlər qrupunun saytındakı maliyyə hesabatında https://goo.gl/9LUXcX bildirilir.


EN RU
2017 Noyabr 15 ( Çərşənbə )  11:25:41
 
Minik avtomobillərinin idxalı 88% artıb

Bakı/15.11.17/Turan: Bu ilin 10 ayı ərzində Azərbaycana 8,1 mindən çox avtonəqliyyat vasitəsi gətirilib. Bu, 2016-cı müvafiq dövrünün göstəricisindən 86,3% çoxdur. Ötən il iqtisadi böhrana görə avtomobil idxalı azı son 10 ilin minimumuna qədər azalmışdı.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  17:19:32
 
AZAL rəhbərliyi hava gəmiləri üzrə bir neçə saziş imzalayıb

Bakı/15.11.17/Turan: "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov "Dubai Airshow 2017" sərgisində "Embraer Commercial Aviation"nın rəhbəri Con Slatteri ilə görüşündə lizinq şərtləri ilə iki "Embraer 190" təyyarəsinin alınmasına dair saziş imzalanıb, AZAL-ın mətbuat xidməti noyabrın 14-də məlumat verib.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  16:20:55
 
Xarici ticarət əməliyyatlarının müsbət saldosu $2 mlrd-dan çoxdur

Bakı/14.11.17/Turan: Bu ilin on ayında Azərbaycanın dünyanın 187 ölkəsi ilə xarici ticarət əməliyyatları ötən ilin eyni dövrünə nisbətən 13,1% artaraq 16 mlrd dolları keçib. Əsasən dünyada neftin bahalanması hesabına xarici ticarət əməliyyatlarının müsbət saldosu 8,8 artaraq, $2,1 mlrd olub, deyə Dövlət Gömrük Komitəsi noyabrın 14-də məlumat verib.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  13:46:51
 
Qida məhsullarının təhlükəsizliyi üzrə dövlət strukturu yaradılıb

Bakı/14.11.17/Turan: Prezident İlham Əliyev Noyabrın 13-də bu ilin fevralında yaradılan Qida Təhlükəsizliyi Agentliyinin fəlaiyyətinin təmin edilməsi haqda fərman imzalayıb http://www.president.az/articles/22752.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  13:09:11
 
İki rayonda toxum emalı fabriki tikiləcək

Bakı/14.11.17/Turan: Dövlət Taxıl Fondu (DTF) toxumların emalı və saxlanılması üçün komplekslərin, həmçinin ölkənin iki rayonunda köməkçi binaların tikintisinə dair podratçılarının seçimini başa çatdırıb.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  12:46:41
 
İlin əvvəlindən dövlət strukturlarında işçilərin sayı 1,6% azalıb

Bakı/14.11.17/Turan: Oktyabrın 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,4 min nəfər olub. Bunun 877,6 mini və ya 57,5%-i dövlət sektorunda məşğuldur, deyə Dövlət Statistika Komitəsi bildirir.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  11:39:53
 
«Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rentabelliyini təmin etmək ilk onillikdə mümkün olmayacaq», - Qubad İbadoğlu

Bakı/14.11.17/Turan: İdxal və ixrac əməliyyatlarında dəmiryolu ilə daşınmanın payının az olması xarici ticarətdə məhsulların struktur göstəriciləri ilə bağlıdır, deyə iqtisadçı Qubad İbadoğlu hesab edir.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  11:28:25
 
Müdafiə Sənayesi Nazirliyinin binasını Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan şirkət təmir edəcək

Bakı/14.11.17/Turan: Müdafiə Sənayesi Nazirliyi Bakıdakı inzibati binasını təmir etmək üçün podratçı kimi "Tomris-1" MMC-i seçib. Bu ilin iyulun 25-də yaradılan şirkətin balansında bu qurumla müqaviləyə qədər daha bir dövlət strukturu ilə müqaviləsi olub.


EN RU
2017 Noyabr 14 ( Çərşənbə axşamı )  11:01:26
 
“Aztelekom” MMC ili mənfəətlə başa vurub

Bakı/13.11.17/Turan: "Aztelekom" MMC 2016-cı ildə 11 mln 223 min manat balans mənfəəti əldə edib. Ötən il dövlət şirkəti 20 mln manat zərərlə başa vurub, deyə şirkətin saytında dərc edilən maliyyə hesabatında bildirilir http://aztelekom.net/uploads/docs/2016.pdf.


EN RU
2017 Noyabr 14 ( Bazar ertəsi )  10:51:45
 
“Azersun Holding” şəkər idxalından asılılığı azaltmaq istəyir

Bakı/14.11.17/Turan: Bu il İmişli şəkər zavodu yarım milyon ton şəkər çuğunduru qəbul edəcək. Zavodun xaricdən gətirilən xammaldan asılığının aradan qaldırılması üçün isə yerli şəkər çuğunduru istehsalının təxminən 1,5 milyon tona çatdırlması tələb olunur. "Azersun Holding" şirkətlər qrupunda hesab edirlər ki, proteksionist dövlət dəstəyi olarsa, qarşıdakı illərdə bu məqsədə çatmaq mümkündür.


EN RU
2017 Noyabr 13 ( Bazar ertəsi )  14:22:49
 
AZAL-a dövlət investisiyaları dayanmır, amma şirkət hətta özünümaliyyələşməyə keçə bilmir

Bakı/13.11.17/Turan: "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin "Boeing" Korporasiyasından 7 yeni təyyarə alması xəbəri gözlənilən idi. Çünki AZAL-ın sərnişin sayının artması ilə bağlı təyyarə parkını genişləndirməyə ehtiyacı var.


EN RU
2017 Noyabr 13 ( Bazar ertəsi )  14:07:42
 
İnflyasiya tempi azalır – DSK

Bakı/13.11.17/Turan: 2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri illik hesablamada 13,7 faiz bahalaşıb. İyul və avqustda inflyasiya səviyyəsi 14%-ə çatmışdı, deyə Dövlət Statistika Komitəsi bildirir.Deyilən dövrdə ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.


EN RU
2017 Noyabr 13 ( Bazar ertəsi )  12:33:23
 
“Rockwell” şirkəti "Azərbaycan Hava Yolları"nın yeni “Boeing 737 MAX” təyyarələri üçün avadanlıq tədarük edəcək

Bakı/13.11.17/Turan: "Rockwell Collins International" şirkəti "Azərbaycan Hava Yolları"nın (AZAL) yeni "Boeing 737 MAX"təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilib.


EN RU
2017 Noyabr 13 ( Bazar ertəsi )  11:59:14
 
Səhiyyə Nazirliyi 6,4 mln manatlıq tibb avadanlığı sifariş verib

Bakı/13.11.17/Turan: Səhiyyə Nazirliyi "Arash Medical Company" şirkəti ilə iki regional xəstəxanaya tibb avadanlığı tədarükü üzrə iki saziş imzalayıb.


EN RU
2017 Noyabr 13 ( Bazar ertəsi )  11:29:08
 
Bu templə gömrükçülər proqnoza 15% çox əməl edəcək

Bakı/13.11.17/Turan: Bu ilin on ayında idxal-ixrac əməliyyatlarından dövlət büdcəsinə 2 mlrd 168 mln 649,1 min manat daxil olub. Bu, ötən ilin eyni dövründəkindən 18% çoxdur. İllik plana əməl etmək üçün gömrükçülərə 81,4 mln manat lazımdır.


EN RU
2017 Noyabr 13 ( Bazar ertəsi )  11:13:08
 
AZAL və “Boeing” yeni müasir təyyarələrin alınmasına dair saziş imzalayıb

Bakı/13.11.17/Turan: Noyabrın 12-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC və "Boeing"Korporasiyası beş "B787-8 Dreamliner" və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib.


EN RU
2017 Noyabr 10 ( Cümə )  16:17:54
 
Bakı aeroportunun sərnişin dövriyyəsi20 faizdən çox artıb

Bakı/10.11.17/Turan: 2017-ci ilin on ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3 mln. 460 min sərinişinə xidmət edib, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur və 2016-cı il üzrə ümumi statistikanı ötüb.


EN RU
2017 Noyabr 10 ( Cümə )  13:33:50
 
Tranzit yük daşımaları 33,8% artıb

Bakı/10.11.17/Turan: Bu ilin doqquz ayında TRACECA nəqliyyat dəhlizinin Azərbaycan sahəsi ilə 7 mln 386,3 min ton tranzit yük daşınıb. Bu, 2016-cı ilin eyni dövrünün göstəricisindən üçdə bir (1 871 min ton) çoxdur, deyə Dövlətstatkom bildirir.


EN RU
2017 Noyabr 10 ( Cümə )  13:23:50
 
Naxçıvan holdinqi yenidən təşkilatlanmanı davam etdirir

Bakı/10.11.17/Turan: "Nəqşicahan Holdinq Ltd" daha üç törəmə müəssisə yaratdığını elan edib. Onlar əvvəl müstəqil olmayan təsərrüfat subyekti kimi fəaliyyət göstərib.


EN RU
2017 Noyabr 10 ( Cümə )  11:50:20
 
Üç xarici şirkət Azərbaycanda fəaliyyətini dayandırıb

Bakı/10.11.17/Turan: Niderlandın "Witteveen+Bos Azerbaijan B.V." şirkəti Bakı nümayəndəliyini bağladığını bildirib. Bu həftə daha iki şirkət Azərbaycanda fəaliyyətini dayandırdığını elan edib.


EN RU
2017 Noyabr 10 ( Cümə )  11:25:54
 
“AS Qrup İnvestment” holdinqi ixtisaslaşdırılmış kənd təsərrüfatı şirkəti yaradıb

Bakı//Turan: "AS Qrup İnvestment" şirkətlər qrupu Abşeronda ən böyük aqrar təsərrüfat yaradılması üzrə layihə həyata keçirəcək yeni şirkət yaradıb.


EN RU
2017 Noyabr 08 ( Çərşənbə )  14:29:28
 
Bakıda Belarusun “Şimal-Cənub” dəhlizinə qoşulması müzakirə edilib

Bakı/08.11.17/Turan: Bu gün Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətində inkişafı ilə bağlı maliyyə və texniki məsələlərin həlli üzrə dördtərəfli görüş başa çatır, deyə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti bildirir.


EN RU
2017 Noyabr 08 ( Çərşənbə )  13:35:38
 
Kərə yağının idxal rüsumunun azaldılmasından nə gözləmək olar?

Bakı/08.11.17/Turan: Nazirlər Kabinetinin kərə yağı və süd məhsullarının idxal rüsumunun üç dəfə azaldılması barədə qərarınından yaranan eyforiya məyusluqla əvəzlənə bilər.


EN RU
2017 Noyabr 08 ( Çərşənbə )  12:48:55
 
İş yerləri haqqında ziddiyyətli rəsmi statistika

Bakı/08.11.17/Turan: İlin əvvəlindən açılan minlərlə iş yerləri haqda rəsmi statistika hətta Dövlətstatkom və Vergilər Nazirliyinin göstərdiyi rəsmi rəqəmlərlə ziddiyyət təşkil edir.


EN RU
2017 Noyabr 08 ( Çərşənbə )  11:37:27
 
Dəri ixracına gömrük rüsumunun tətbiqindən istehsalçılar qazanmadılar

Bakı/08.11.17/Turan: Ötən ilin noyabrında Azərbaycandan dəri ixracına yüksək gömrük rüsumları tətbiq olundu. Hökumət iribuynuzlu heyvanların və qoyun-quzunun dərisinin hər tonunun ixracı üçün ilkin emal vəziyyətindən asılı olaraq dövlət büdcəsinə 150 ABŞ dollarından 500 dollaradək rüsum qoymuşdu.


EN RU
2017 Noyabr 07 ( Çərşənbə axşamı )  15:47:51
 
SOCAR hərracda ehtiyat hissələri satır

Bakı/07.11.17/Turan: SOCAR-ın Nəqliyyat İdarəsi minik və ixtisaslaşmış avtonəqliyyat vasitələri üçün 70 adda, ümumi qiyməti 110 min manat olan ehtiyat hissələrinin satışı üzrə hərrac keçirdiyini elan edib.


EN RU
2017 Noyabr 07 ( Çərşənbə axşamı )  15:37:36
 
Maliyyə Nazirliyi alkoqollu içkilər və tütün məmulatlarına idxal aksizini artırmağı təklif edir

Bakı/07.11.17/Turan: Maliyyə naziri Samir Şərifov bildirib ki, alkoqollu içkilər və tütün məmulatlarına idxal aksizinin 2 dəfə artırılması təklif edilir.