001 | 002 | 003 | 004 | 005 | 006 | 007 | 008 | 009 | 010 | 011 | 012 | 013 | 014 | 015 | 016 | 017 | 018 | 019 | 020 | 021 | 022 | 023 | 024 | 025 | 026 | 027 | 028 | 029 | 030 | 031 | 032 | 033 | 034 | 035 | 036 | 037 | 038 | 039 | 040 | 041 | 042 | 043 | 044 | 045 | 046 | 047 | 048 | 049
Cəmiyyət2017
EN RU
2017 Dekabr 31 ( Bazar )  15:30:53
 
realnewsinfo.com Mətbuat Şurasını ifşa edir

Bakı/31.12.17/Turan: 2017-ci il yekunlaşarkən Mətbuat Şurasının İdarə Heyəti ilə bağlı növbəti qalmaqal yaranıb. Bu, sosial şəbəkələrdə növbəti müzakirə və qınaq predmetinə çevrilib.


EN RU
2017 Dekabr 30 ( Şəmbə )  11:38:08
 
Hüquq müdafiəçi DİN-də olub

Bakı/30.12.17/Turan: Hüquq müdafiəçisi, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oktay Gülalıyev bu gün, dekabrın 29-u Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olub.


EN RU
2017 Dekabr 29 ( Cümə )  23:19:54
 
Vəkil İlqar Məmmədova sənədlərin çatrdırılmasına imkan verilmədiyini deyir

Bakı/29.12.17/Turan: Dekabrın 29-da vəkil Fuad Ağayev 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədovla görüşüb.


EN RU
2017 Dekabr 29 ( Cümə )  21:58:10
 
Rəhim Qazıyev həbsdən buraxıldı

Bakı/29.12.17/Turan: Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdən buraxıldı. Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.


EN RU
2017 Dekabr 29 ( Cümə )  12:48:18
 
Jurnalistlərin həbsdə olduğu yerdə azad və keyfiyyətli TV ola bilməz

Azərbaycanın öz xəbər telekanalı açılıb


EN RU
2017 Dekabr 29 ( Cümə )  12:12:40
 
İtkin düşən alpinistlərin axtarışı davam edir

Bakı/29.12.17/Turan: Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə , Babur Hüseynov və Namin axtarışı davam edir.


EN RU
2017 Dekabr 29 ( Cümə )  11:49:17
 
Taleh Bağırzadənin kassasiya şikayətinə fevralın 22-də baxılacaq

Bakı/29.12.17/Turan: Ali Məhkəmədə "Müsəlman Birliyi" Hərəkatının sədri, həbsdə olan Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin kassasiya şikayətinə baxılması fevralın 22-nə təyin olunub.


EN RU
2017 Dekabr 29 ( Cümə axşamı )  10:32:49
 
Media-icmal 29.12.17

Ölkədə qeyri-neft sektorunun inkişafı, evlərin sökülməsi zamanı əhalinin üzləşdiyi problemlər, ölkənin əsas problemlərinə iqtidarın baxışı bugünkü (29 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır.


2017 Dekabr 28 ( Cümə axşamı )  18:11:52
 
Daha bir publik-hüquqi şəxs yaradılıb

Bakı/28.12.17/Turan: Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqda fərman imzalayıb. Sənəd "Prezident.az" saytında yer alır.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  17:54:49
 
“Türkel TV” respublika miqyaslı telekanal oldu

Bakı/28.12.17/Turan: Dekabrın 28-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu haqda MTRŞ-nin açıqlamasında deyilir.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  15:18:15
 
Əfqan Muxtarlının məhkəməsində üç şahid ifadə verib

Bakı/28.12.17/Turan: Dekabrın 28-də Balakən Rayon Məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  13:16:08
 
“Nardaran işi-2” üzrə hökm oxunub

Bakı/28.12.17/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-2" üzrə müttəhimlərə hökm oxunub.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  11:48:50
 
İtkin düşən alpinistlərin axtarışı nəticə verməyib

Bakı/28.12.17/Turan: Dekabrın 23-də Quba rayonunda itkin düşən alpinistlərin axtarışı nəticə verməyib.


EN RU
2017 Dekabr 28 ( Cümə axşamı )  11:16:14
 
Taleh Bağırova qarşı yeni cinayət işinin istintaqı tamamlanıb

Bakı/28.12.17/Tutran: Dekabrın 27-də Qobustan qapalı həbsxanasında saxlanılan "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırova yeni ittiham elan edilib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.


EN RU
2017 Dekabr 28 ( Çərşənbə )  10:32:25
 
Media-icmal 28.12.17

Ölkədə kiçik və orta sahibkarlığın inkişafı, minimum əməkhaqqının dəyəri, məmur maaşları ilə vətəndaşların maaşları arasında kəskin fərqlər bugünkü (28 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  17:46:38
 
Sankt-Peterburqda azərbaycanlı avtobus sürücüsünə hücum etməkdə ittiham olunub

Bakı/27.12.17/Turan: Peterburqda yol münaqişəsindən sonra uşaqları daşıyan avtobusun sürücüsünü az qala kəsən Əlizadə Mustafayev saxlanılıb.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  17:45:54
 
İtkin düşmüş alpinistlərin axtarışı üçün RF-nin təcrübəli xilasediciləri cəlb edilməlidir - ekspertlər (YENİLƏNİB)

Bakı/27.12.17/Turan: Azərbaycanda Tfan dağı ərazisində itkin düşmüş alpinistlərin axtarışı üçün kifayət qədər xilasedici qüvvə yoxdur. Buna görə ən qısa zamanda Rusiya FHN-in böyük təcrübəsi, dağlarda itkin düşənlərin axtarışı üçün qüvvəsi və vəsaiti olan xilasedicilərini dəvət etmək lazımdır. Azərbaycanın böyük nəsil təcrübəli təlimatçı alpinistlərinin ortaq fikri belədir.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  17:09:36
 
İstintaq yaddaş kartlarını batıcı-kəsici alət hesab edir

Bakı/27.12.17/Turan: "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəyə qarşı irəli sürülmüş yeni ittihamla o, kiçik yaddaş kartını qanunsuz saxlamaqda ittiham olunur, istintaq bu kartı batıcı-kəsici alət kimi qiymətləndirir.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  16:57:58
 
Qanunsuz miqrasiya ilə məşğul olan Hindistan vətəndaşları saxlanılıb

Bakı/27.12.17/Turan: Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları Azərbaycan-Gürcüstan sərhədində qeyri-leqal miqrasiya ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  16:04:35
 
ADR Hərəkatı öz fəalının həbsinin siyasi motivli olduğunu hesab edir

Bakı/27.12.17/Turan: Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Qazax rayon təşkilatının sədri Nizami Haqverdiyev (Qaraoğlu) aliment ödəməmək ittihamı ilə 15 gün müddətinə həbs edilib.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  15:58:17
 
Oqtay Gülalıyev ona xarici pasport verilməsini tələb edir

Bakı/27.12.17/Turan: "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev 6 ildir ki, ona ümumvətəndaş pasportunun verilməsindən imtina edilməsi ilə bağlı DİN-ə müraciət edib.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  14:53:25
 
Cümə axşamı Bakıda +14 dərəcə isti olacaq

Bakı/27.12.17/Turan: Cümə axşamı Bakıda və Abşeronda yağıntısız hava şəraiti gözlənilir, cənub-qərb küləyi əsəcək, havanın temperaturu +12 +14 dərəcəyə qədər isinəcək, xəbəri sinoptiklər yayıb.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  13:22:05
 
74 yaşlı keçmiş nazir xırda xuliqanlıqda günahlandırılıb

Bakı/27.12.17/Turan: Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin əhvalı yaxşıdır. Bunu vəkil Zübeydə Sadıqova dekabrın 27-də Rəhim Qazıyevlə görüşdükdən sonra Turan-a bildirib.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə )  13:08:12
 
Ali Məhkəmə jurnalist Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib

Bakı/27.12.17/Turan: Ali Məhkəmə 7gun.az portalının redaktoru, 5 il azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə işi təkrar baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.


EN RU
2017 Dekabr 27 ( Çərşənbə axşamı )  10:27:32
 
Media icmal 27.12.17

İslam həmrəyliyində Azərbaycanın yeri, ölkədə yoxsulluğun səviyyəsi, islahat sahəsində "axsama"lar bugünkü (27 dekabr 2017-ci il) medianın aparıcı mövzularındandır.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  17:53:54
 
Mətbuat Şurası saytlarla "hesablaşmanı" davam etdirir

Bakı/26.12.17/Turan: Mətbuat Şurası dekabrın 26-da keçirilən iclasında bir sıra internet resursları ilə bağlı şikayətlərə baxıb.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  17:38:11
 
Rəhim Qazıyev 10 gün müddətinə həbs edilib (yenilənib)

Bakı/26.12.17/Turan: Dünən saxlanılmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev bu gün 10 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  16:16:56
 
Gözəl Bayramlının məhkəməsi davam etdirilib

Bakı/26.12.17/Turan: Dekabrın 26-da Qazax Rayon Məhkəməsində (Bakıdan 460 kilometr qərb) hakim Ağarza Səmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının işi üzrə məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam etdirilib.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  14:41:04
 
Müxalifətçini vaxtından əvvəl azad etməkdən yenə imtina etdilər

Bakı/04.12.17/Turan: Çərşənbə axşamı 16 saylı cəzaçəkmə müəssisəsində Suraxanı rayon məhkəməsinin səyyar iclasında Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətinə baxılıb.


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  12:51:54
 
Yağıntı gözlənilir

Bakı/26.12.17/Turan: Dekabrın 27-də Bakıda və Abşeronda hava tutqun, az dumanlı olacaq, səhər yağıntı gözlənilir.


2017 Dekabr 26 ( Cümə axşamı )  12:08:30
 
Azercell uşaqları qoruyur

Azercell kiber-təhlükəsizlik tədbirlərinə davam edir


EN RU
2017 Dekabr 26 ( Çərşənbə axşamı )  11:59:19
 
Taleh Bağırova qarşı yeni cinayət işi başlanıb

Bakı/26.12.17/Turan: Ədliyyə Nazirliyinin İstintaq İdarəsində "Müsəlman Birliyi" Hərəkatının sədri, Qobustan qapalı həbsxanasında cəza çəkən Taleh Bağırovun barəsində Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsilə cinayət işi başlanıb. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.


EN RU
2017 Dekabr 26 ( Bazar ertəsi )  10:42:33
 
Media-icmal 26.12.17

Dövlət başçısı İlham Əliyevə təbriklərin məzmunu, ÜTT-yə üzv olmamağın Azərbaycana mənfi təsirləri, ekspertlərin 2017-ci ili iqtisadi baxımdan dəyərləndirmələri bugünkü (26 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  23:26:27
 
Keçmiş müdafiə naziri saxlanılıb

Bakı/25.12.17/Turan: Azərbaycanın keçmiş mudafiyə naziri Rəhim Qaziyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  17:38:13
 
Azərbaycan katolikləri Milad bayramı ilə bağlı messa keçiriblər

Bakı/25.12.17/Turan: Azərbaycan katolikləri İsa Peyğəmbərin dünyaya gəlməsi ilə bağlı bayramını qeyd edirlər. Dünən Bakıda Müqəddəs Mariya Kilsəsində bayram messası (dini ayin) keçirilib.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  17:32:02
 
Köçkünlər yolu bağlayıb

Bakı/25.12.17/Turan: Binqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər onlara verilməli olan evlərin pulla satıldığını iddia edirlər. Buna etiraz edənlər bu gün, dekabrın 25-i Cavadxan küçəsinin Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən hissəsini bağlayıblar.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  15:40:42
 
Ermənistana məxsus PUA məhv edilib

Bakı/25.12.17/Turan: Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. -06D-


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  15:18:38
 
Fərhad Bədəlbəyli “İstiqlal” ordeni ilə təltif edilib

Bakı/25.12.17/Turan: Azərbaycan prezidenti İlham Əliyev bu gün xalq artisti, məşhur pianoçu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  12:22:49
 
Türkiyədə baş vermiş avtobus qəzasında Azərbaycan vətəndaşları xəsarət alıblar

Bakı /25.12.17/Turan: Bu gün səhər saat 9:00-da Türkiyənin Qars şəhərinin yaxınlığında baş vermiş qəza nəticəsində 30-dan çox adam xəsarət alıb. Onların çoxu Naxçıvan Muxtar Respublikasının sakinləridir. Bu barədə Türkiyənin "Hürriyət" qəzeti bildirib.


EN RU
2017 Dekabr 25 ( Bazar ertəsi )  11:32:24
 
Fəhlə bədbəxt hadisə nəticəsində həlak olub

Bakı/25.12.17/Turan: Sumqayıt "Azərkimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı mexaniki quraşdırma sahəsinin işçisi Əlövsət Məmmədov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Digər işçi Toğrul Əzizli isə xəsarət alıb. Bu barədə SOCAR-ın məlumatında bildirilir. Hadisə Etilen-polietilen zavodunun ərazisində yerləşən anbar binasının təmiri zamanı baş verib. Avtosəbətdə çalışan işçilər avtosəbətin oxunun sınması nəticəsində hündürlükdən yerə düşüblər. Həkimlərin səylərinə baxmayaraq, Ə.Məmmədovu xilas etmək mümkün olmayıb.


EN RU
2017 Dekabr 25 ( Bazar )  10:05:59
 
Media-icmal 25.12.17

"Made in Azerbaijan" brendinin təşviqi, ölkə vətəndaşlarının istirahəti, elektrik və su tariflərinə baxış, dövlət təltiflərinə münasibət bugünkü medianın (25 dekabr, 2017-ci il) aparıcı mövzularındandır.


2017 Dekabr 24 ( Şəmbə )  00:42:06
 
Qadinlarin iqtisadi səlahiyyətləndirilməsi mövzusunda dəyirmi masa

Bakı/24.12.17/Turan: Dekabrın 22-də Mingəçevir şəhərində maraqlı tərəflərin iştirakı ilə "Qadinlarin İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Maraqlı Tərəflərin əməkdaşlıq imkanları" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Avropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının icra etdiyi "Həssas əhalinin sosial-iqtisadi hüquqlarının gücləndirilməsində böyük rol oynaması üçün vətəndaş cəmiyyətinə imkanların yaradılması" proqramı ​çərçivəsində təşkil edilib.


EN RU
2017 Dekabr 23 ( Şəmbə )  12:49:20
 
Bazar günü Bakıda hava küləkli və yağışlı olacaq

Bakı/23.12.17/Turan: Bazar günü Bakıda və Abşeronda bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


EN RU
2017 Dekabr 23 ( Şəmbə )  12:28:55
 
Bakıda mənzildə baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb

Bakı/23.12.17/Turan: Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasında partlayış baş verib. Bu haqda Fövqladə Hallar Nazrliyinin məlumatında deyilir.


EN RU
2017 Dekabr 23 ( Şəmbə )  11:43:34
 
Media-icmal, 23 dekabr, 2017-ci il

İlham Əliyevin siyasi fəaliyyəti, sığorta bazarının problemləri, intiharların artması bugünki medianın (23 dekabr, 2017-ci il) aparıcı mövuzlarındandır...


EN RU
2017 Dekabr 22 ( Cümə )  18:10:11
 
Məhkəmə baş redaktorun iddiasını təmin etməyib

Bakı/22.12./Turan : Dekabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə infoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılıb.


EN RU
2017 Dekabr 22 ( Cümə )  15:09:26
 
Astara gömrük postunda 300 qram “Tramadol” götürülüb

Bakı/22.12.17/Turan: Astara Gömrük İdarəsinin əməkdaşları İrandan gələn Azərbaycan vətəndaşının əl yükündə 1491 ədəd güclü təsiredici "Tramadol" preparatı aşkar ediblər. Gömrük Komitəsinin məlumatına görə, dərman preparatının ümumi çəkisi 298 qramdan çox olub. -02D-


EN RU
2017 Dekabr 22 ( Cümə )  14:03:12
 
Ağstafa sakininin evində 9 kq marixuana tapılıb

Bakı/22.12.17/Turan: DİN-in Narkotiklərə qarşı Mübarizə Baş İdarəsinin və Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini Qabil Nağıyevin evin 8 kq 884 qr marixuana aşkar edilib.


EN RU
2017 Dekabr 22 ( Cümə )  11:21:05
 
Media-icmal, 22 dekabr, 2017-ci il

Azərbaycanın regionda büdcə üstünlüyü, idarəçiliyə münasibət, neftin qiymətinin enə bilməsi təhlükəsi bugünki (22 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...